Yaponiyada qasırğa qurbanlarının sayı 18 nəfərə çatıb


12:03     13 Oktyabr 2019 2019/10/B47FA0E6-2622-4103-A921-6B6C2519F61C_1570952096.jpeg

Yaponiyadan keçən "Hagibis" qasırğasının qurbanlarının sayı 18 nəfərə çatıb.

Femida.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin ictimai televiziyası bildirib.

Daha 13 nəfərin itkin düşdüyü və təxminən 150 nəfərin müxtəlif dərəcədə yaralandığı bildirilir.

Yaponiyada axtarış-xilasetmə əməliyyatları və tayfunun fəsadlarını aradan qaldırmaq üçün işlər davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 587