Moskvada silahlı insident olub


12:27     13 Oktyabr 2019 2019/10/C6A38D32-54C8-4B5E-9CF3-BD6848E5E738_1570952287.jpeg

Moskvanın mərkəzində atışma nəticəsində bir nəfər yaralanıb.

Femida.az xəbər verir ki, hadisə şəhərin Bolşaya Ordınka küçəsindəki kafenin yaxınlığında baş verib.

İlkin məlumatlara görə, kişilər arasında mübahisə zəminində odlu silahdan istifadə edilib. Tərəflərdən biri travmatik tapançadan qarşı tərəfin başına atəş açıb.

Yaralı dərhal xəstəxanaya aparılıb. Silahdan atəş açan şəxs isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 158