Gəncədə ev yanıb - Xəsarət alanlar var


14:18     13 Oktyabr 2019 yangin_38673636.jpg


Gəncə şəhərində fərdi ev yanıb.


Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Beş mərtəbəli binanın 5 ci mərtəbəsində olan mənzildə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınlar cəlb olunub.

Yanğın nəticəsində 1961-ci il təvəllüdlü Məhluqə Rzayeva və digər bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 382