Yağış və daşqın İranda körpüləri dağıtdı


14:58     13 Oktyabr 2019 19_10_13_1570963142.jpg


İranın şimalında yerləşən Gilan vilayətində leysan yağışlarının yağması və çayların daşması nəticəsində bir neçə körpü dağılıb.


Femida.az-ın məlumatına görə, bunu İranın Gilan vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Rza Eslami deyib.

R.Eslaminin sözlərinə görə, bir körpünün dağılması nəticəsində iki nəfər çaya düşüb. Onlardan biri xilas olsa da, digəri itkin düşüb.

Eslami əlavə edib ki, təhlükəli olduğuna görə, bir neçə körpü bağlanıb.

İdarə rəsmisi bir quşçuluq fermasının su altında qaldığını deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 152