İsmayıllıda qəza - 5 nəfər xəsarət aldı


15:21     13 Oktyabr 2019 19_10_13_1570963367.jpg


İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yoldan çıxan "Mersedes Vito" markalı sərnişin mikroavtobusu elektrik dirəyinə çırpılaraq aşıb və nəticədə 5 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində Göyçay şəhər sakinləri - 1980-ci il təvəllüdlü Gözəlov Elşad Nəriman oğlu, 1980-ci il təvəllüdlü Əfəndiyev Tərlan Ələddin oğlu, Çayarxı kənd sakini, 1955-ci il təvəllüdlü Feyzullayeva Bahar Məhəmməd qızı, Ləkçiplaq kənd sakinləri, 1998-ci il təvəllüdlü Vəliyev İbrahim Polad oğlu və 1996-cı il təvəllüdlü Yusifov Kamil Yaşar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. / APA

Femida.az

Açar sözlər: #İsmayıllı   #qəza  

Oxunub: 613