Gəncədə yaşayış binasında yanğın olub


20:22     13 Oktyabr 2019 19_10_13_1570981620.jpg

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə və binanın dam örtüyü 8 m² sahədə yanıb.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb və 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 412