ABŞ-da baş vermiş atışma zamanı 4 nəfər ölüb


21:57     13 Oktyabr 2019 19_10_13_1570988823.jpg

ABŞ-da, Çikaqo şəhərində silahlı insident nəticəsində Bolqarıstan vətəndaşları ölüb.

Femida.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çikaqoda dörd nəfərin odlu silahla öldürüldüyü və beşincinin ağır vəziyyətdə olduğu atışma ilə bağlı təsdiq edə bilərik ki, ölənlərdən üç nəfəri – iki qadın və bir kişi Bolqarıstan vətəndaşıdır”, - XİN-in məlumatında belə deyilir.

Qeyd edək ki, atışma zamanı ölənlərdən daha biri ABŞ vətəndaşıdır. Çikaqo polisinin bildirdiyinə görə, insident məişət zəminində törədilib.

Açar sözlər:

Oxunub: 416