JEEP motosikleti vurub qaçdı - Sürücü öldü


09:25     14 Oktyabr 2019 19_10_14_1571030761.jpg


Tovuz rayonunda zəncirvari qəza hadisəsi baş verib.


Femida.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun “avtovağzal” deyilən ərazisində qeydə alınıb.

JEEP markalı avtomobil öncə “VAZ - 2106” markalı avtomobili, daha sonra isə motosikleti vurub.

Nəticədə motosikletin sürücüsü ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, 1984-cü il təvəllüdlü Əliyev Babək Sabir oğlu dünyasını dəyişib.

Hadisə zamanı JEEP markalı avtomobilin sürücüsü ərazidən qaçıb.

Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Femida.az

Açar sözlər: #Tovuz  

Oxunub: 391