Azərbaycanda xəstəxanaya hücum edildi, həkimlər döyüldülər
09:31 14 Oktyabr 2019
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə aınıb.
Füzuli rayon sakini, 1967-ci il təvəllüdlü Hüseynov Qəfər Qənimət oğlu idarə etdiyi "Kamaz" markalı yük maşını ilə hərəkətdə olarkən "Mersedes" markalı minik avtomobilinin üzərinə aşıb.
Qəza nəticəsində "Kamaz"ın sürücüsü və "Mercedes"də olan Hacıqabulun Atbulaq kənd sakini, 1995-ci il təvəllüdlü Süleymanov Ağasi Cavad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar saat 19:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
"Kamaz"ın sürücüsü ağır kəllə-beyin travması aldığından reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alan isə ilk yardımdan sonra ambulator müalicəyə buraxılıb.
Həkimlərin səyinə baxmayaraq, gecə saatlarında Q.Hüseynov xəstəxanada dünyasını dəyişib.
Bundan qəzəblənən mərhumun yaxınları ikisi qadın, dördü kişi olmaqla həkim və tibb bacılarına hücum ediblər. Reanimasiya şöbəsinin pəncərələri sındırılıb.
Xəstəxananın tarvmatologiya şöbəsinin müdiri həkim Şəmsi Əhmədov döyülərək müxtəif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə polis əməkdaşlarının gəlişindən sonra insident sakitləşib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 577
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib