Mehriban Əliyevadan Vasim Məmmədəliyevin vəfatı ilə bağlı başsağlığı
10:04 14 Oktyabr 2019
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.
Femida.az xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:
“Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi.
Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!”
Femida.az
Oxunub: 392
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olublar
- Mehriban Əliyeva: "Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!"
- İlham Əliyev və Mehriban Əliyeva Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
- Mehriban Əliyeva Konstitusiya Günü ilə əlaqədar paylaşım edib