Azərbaycan vətəndaşları Qazaxıstanda 30 gün qeydiyyatsız qala biləcək - Yeni saziş
10:32 14 Oktyabr 2019
Azərbaycan və Qazaxıstan qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişə dəyişiklik edilməsi barədə protokol imzalayıb.
Femida.az xəbər verir ki, müvafiq sənəd Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl imzalanıb.
Protokolu Azərbaycan tərəfdən Xarici İşlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən isə Daxili İşlər naziri Yerlan Turqunbayev imzalayıb.
Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində olma müddətinin 30 gündən 90 günə qədər uzadılması, eləcə də 30 gün müddətinə qeydiyyata alınmadan azad olunması nəzərdə tutulur.
Femida.az
Oxunub: 497
Oxşar xəbərlər
- Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
- Allahşükür Paşazadə Qazaxıstana səfərə gedir
- Qazaxıstan Prezidentinə sui-qəsdin qarşısı alınıb
- Türkiyə və Qazaxıstan XİN başçıları birgə bəyanat yayıb
- Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb
- Qazaxıstan parlamenti Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyini ləğv edib
- Tokayev: "Qazaxıstandakı hadisələr sosial ədalətsizliyin nəticəsidir"
- KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
- Qazaxıstanın yeni Baş naziri yeni hökumətin vəzifəsini açıqlayıb
- Azərbaycanın Qazaxıstandakı səfirliyindən diplomatik korpusun mühafizəsi ilə bağlı açıqlama