Anasını öldürüb, meyitini yandıran şəxsə hökm oxundu: 19 İL HƏBS
11:22 14 Oktyabr 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Tahir Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Femida.az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T.Bağırov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib. Bağ massivi, ev 242 ünvanında yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb. Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Femida.az
Oxunub: 786
Oxşar xəbərlər
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Bakıda özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxsə hökm oxunub
- Qadınları cinsi istismara məruz qoyan şəxslərə hökm oxunub
- Sabirabadda arvadını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
- Azərbaycan qadınlarını Türkiyədə cinsi istismara məruz qoyan şəxsə hökm oxunub
- Abşeronda piyadanı vuraraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- Bakıda arvadını məftillə boğaraq öldürən şəxsə hökm oxunub
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub