Yol polisi sürücülərə müraciət etdi – Bu yolda hərəkət məhdudlaşdırıldı


11:52     14 Oktyabr 2019 19_10_14_1571039647.jpg


14 oktyabr 2019-cu il tarixdə Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ilə əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb.


Bu barədə Femida.az-a BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib:

“Bunu nəzərə alaraq sürücülərdən xahiş olunur ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər”.

Femida.az

Açar sözlər:

Oxunub: 351