Pensiya təyinatı ilə bağlı yeni xidmət tətbiq olunacaq
12:48 14 Oktyabr 2019
"Cari ilin sonunadək illik 25 min müraciəti əhatə edən pensiya təyinatı və 150 min müraciəti əhatə edən sosial müavinət təyinatını tam şəkildə proaktiv xidmətlərə keçirəcəyik".
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, bu xidmətlər elektronlaşdırıldıqdan sonra il ərzində orta hesabla 200 minədək müraciətin proaktiv qaydada icra edilməsi təmin olunacaq.
"Bu ilin sonuna qədər 19 növ müavinətin proaktiv xidmət olaraq vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur. Proaktiv xidmət odur ki, vətəndaşlardan nəinki yazılı, hətta elektron müraciətlərin daxil olmasına ehtiyac olmur. Onun hüququ dövlət tərəfindən tanınaraq təmin olunur".
S.Babayev qeyd edib ki, proaktiv xidmətlərdə həm əlilliyə, həm yaşa, həm də ailə başçısını itirməyə görə olan müavinətlər yer alır. Bunların hər biri barədə ilin sonunadək ətraflı məlumat veriləcək.
Femida.az
Oxunub: 509
Oxşar xəbərlər
- Artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir
- Pensiyalar ödənilir
- İyul ayının pensiyaları tam ödənilib
- Pensiyalar iyulun 15-də tam ödəniləcək
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Pensiyalar sabah tam ödəniləcək
- Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib