Özbəkistanın XİN rəhbəri: "Türk Şurasına qoşulmağımız təbii prosesdir"


13:57     14 Oktyabr 2019 2019/10/794107_1571046281.jpg

Özbəkistanın Türk Şurasına qoşulması təbii prosesdir.


Bunu Femida.az-a Özbəkistanın Xarici işlər naziri Əbdüləziz Kamilov deyib.

O bildirib ki, burada mədəniyyəti, tarixi, dili və ənənələri bir-birinə yaxın olan dövlətlər birləşir.

Ə.Kamilov əlavə edib ki, bu məsələdə praqmatik maraqlar da var:

"Bu, ticarət, nəqliyyat və rabitə sahələrində iqtisadi əməkdaşlıqdır. Bir sözlə, bizi bir çox şeylər birləşdirir".

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

Femida.az

Açar sözlər:

Oxunub: 152