Goranboyda qadının döyülməsi ilə bağlı cinayət işi başlanıb


14:23     14 Oktyabr 2019 2019/10/ba1bfc4c-6196-45a8-8528-ec3b29d14bfc_1571048628.jpg

Goranboy rayonunda qadının qonşuları tərəfindən döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Goranboy rayon Əlirzalı kənd sakini Sahilə Ələkbərova polisə şikayət edərək onun qonşuları Firduz Dəmirova, oğlu Ariz Knyaz oğlu Dəmirov və qızı Fəridə Dəmirova onu döyərək sağlamlığına zərər vurub.

Şikayətlə bağlı Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları dərhal araşdırmalar aparıb və S.Ələkbərovaya aralarında olan şəxsi münasibətlər zəminində yüngül xəsarətlər yetirən A.Dəmirovun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. Lakin A.Dəmirovun həm psixi həm də fiziki problemləri olduğu üçün saxlanılmayıb, lakin polis nəzarəti altına verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 237