Nazir: "2000-dək şəxsə ünvanlı sosial yardım ödənilməsi dayandırılıb"
15:10 14 Oktyabr 2019
"Ünvanlı sosial yardımla bağlı davamlı monitorinqlər aparılır. Artıq 2000-dək şəxsə ünvanlı sosial yardım ödənilməsi dayandırılıb".
Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, monitorinqlər nəticəsində ünvanlı sosial yardım təyinatından sonra qısa müddət ərzində bir sıra şəxslərin əmək müqavilələrinin ləğv edilməsi, sosial sığorta ödənişlərinin həyata keçirilməməsi və digər şübhəli hallar meydana çıxır: “Ən son meydana çıxan hallardan biri budur ki, bir fiziki şəxsin imzaladığı əmək müqavilələri nəticəsində onunla muzdlu əmək müqaviləsinə malik 170-dən çox şəxs ünvanlı sosial yardım alır. Yəni, bir fiziki şəxs, bir kiçik şirkət çərçivəsində 170 ünvanlı sosial yardım alan şəxsin olması və onlarla imzalanmış əmək müqaviləsinin 3-5 gün, 1 həftə sonra ləğv edilməsi birbaşa onu göstərir ki, bu, elektron sistemlərə saxta informasiyaların ötürülməsi üçün görülən tədbirlərdir. Bu şəxslərin ünvanlı sosial yardımı ləğv edilib və həmin işbazlar barəsində də müvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Bu proses davamlı olacaq. Elektron monitorinq çərçivəsində saxta yollarla ünvanlı sosial yardım almağa başlamış şəxslərlə bağlı tədbirlər görüləcək".
Nazir bildirib ki, hazırda təqribən 70 min ailəyə ünvanlı sosial yardım ödənilir, bu isə 280 min insanı əhatə edir: "Onların da yarıdan çoxunu uşaqlar təşkil edir. Ödənilən məbləğin ailə başına düşən orta rəqəmi 200 manatın üzərindədir. Bu, kifayət qədər ciddi resursdur. İl ərzində təkcə ünvanlı yardım vasitəsilə vətəndaşlara ödəniləcək məbləğ 170 milyon manatdır".
Femida.az
Oxunub: 318
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"