Yolu keçən üç qadını maşın vurub


15:17     14 Oktyabr 2019 piyada1.jpg

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın verdiyi xəbərə görə, hadisə şəhərin Xətai prospektində qeydə alınıb. “Mercedes” markalı maşın yolu keçmək istəyən piyadalar – 1995-ci il təvəllüdlü Poladova Leyla Faiq qızı, 1995-ci il təvəllüdlü Rzayeva Zeynəb Canpolad qızı və 1978-ci il təvəllüdlü Əlirzayeva İlhamə Məzahir qızını vurub. Hər üç piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 366