Rusiyada azərbaycanlı kafedə diceyi öldürdü - Video


15:42     14 Oktyabr 2019 19_10_14_1571053360.jpg

Rusiyanın Kirovsk şəhərinin Leninqrad rayonunda kafelərin birində Azərbaycan vətəndaşının iştirakı ilə qanlı insident yaşanıb.


Femida.az -ın “47news” portalına istinadən verdiyi xəbərə görə, hadisə 13 oktyabrda baş verib. Belə ki, kafedə əyləşən azərbaycanlı müştəri diceydən səsləndirilən mahnını dəyişməyi tələb edib.

Lakin qarşı tərəf bundan imtina edib. Nəticədə müştəri bıçağı çıxararaq onu ürəyindən bıçaqlayıb. Yaralı təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İnsidenti törədən şəxs hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması istiqamətində tədbirlər görür.


Açar sözlər:

Oxunub: 3095