Sumqayıtda nənə və nəvəni maşın vurub


15:52     14 Oktyabr 2019 piyada_usaq.jpg

Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, yolu keçmək istəyən piyadalar - 1952-ci il təvəllüdlü Əhmədova Raisa Antonovna və onun nəvəsi, 2005-ci il təvəllüdlü Əhmədova Natella Hidayət qızını avtomobil vurub. Hər iki piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 356