Gəncədə “Mercedes” 3 qadını vurdu


16:29     14 Oktyabr 2019 19_10_14_1571056215.jpg

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil şəhərin Şah İsmayıl Xətai prospektində yolu keçmək istəyən üç piyadanı vurub.

Hadisə zamanı piyadalar - 1995-ci il təvəllüdlü Poladova Leyla Faiq qızı, 1995-ci il təvəllüdlü Rzayeva Zeynəb Canpolad qızı və 1978-ci il təvəllüdlü Əlirzayeva İlhamə Məzahir qızı xəsarət alıb.

Piyadalar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 152