Yaponiyada tufan 53 nəfərin ölümünə səbəb olub


18:12     14 Oktyabr 2019 19_10_14_1571057091.jpg

Ötən şənbə günü Yaponiyanın mərkəzi və şərqi rayonlarında müşahidə olunan “Haqibis” tufanı nəticəsində ən azı 53 nəfər ölüb.

Femida.az -ın TASS-a istinadən verdiyi məlumata görə, zərərçəkənlərin sayının artacağı bildirilir. Belə ki, tufan nəticəsində itkin düşən 16 nəfərdən hələ də xəbər yoxdur.

Evindən təxliyə olunmuş 30 min nəfər isə hələ də sığınacaqlarda yaşamağa məhkumdur. Bu barədə Yaponiyanın Baş Naziri Sindzo Abe bildirib.


Təbii fəlakətin vurduğu zərəri aradan qaldırılması işlərinə Müdafiə Nazirliyinin şəxsi heyəti də cəlb edilib. Hava limanı və dəmiryolu isə adi rejimdə fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 655