"Azərsu" tibb mərkəzinə 70 min manat borc yazıb


16:49     14 Oktyabr 2019 Azersu18.jpg

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Atlas Medical Centre” MMC-yə 69 min 336 manat borc məbləği hesablayıb.


"Report" xəbər verir ki, tibb mərkəzi "Azərsu” ASC-yə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia qaldırıb.

1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim edilən iddia hakim Səbinə Nuriyevanın icraatındadır.

Oktyabrın 10-na təyin edilmiş prosesinə tərəflərin nümayəndələri gəlmədiyinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə, məhkəmə ərizəni baxılmamış saxlayıb.

Açar sözlər:

Oxunub: 446