Həbib Nurməhəmmədov: "Növbəti rəqib Ferqyusondur!"


18:38     14 Oktyabr 2019 19_10_14_1571058103.jpg

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb. Femida.az -ın məlumatına görə, Həbib oktaqonda növbəti rəqibinin amerikalı olacağını deyib.
"Növbəti rəqibim çox güman ki, Toni Ferqyuson olacaq. Başqa rəqib yoxdur. O, buna layiqdir. Biz döyüşəcəyik. Sonra isə mən Jorj Sen-Pyerlə döyüşəcəm. Amma çəkimi artırmaq istəmirəm. Öz çəkimdə qalmaq, titulumu qorumaq, yüngül çəkidə bütün zamanların ən yaxşı döyüşçüsü olmaq istəyirəm", - deyə Həbib bildirib.

Açar sözlər:

Oxunub: 420