Prezident fərman imzaladı
19:15 14 Oktyabr 2019
Prezident İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında 2019-cu il mayın 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyinə tapşırlır ki, Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərsin.
Femida.az
Oxunub: 499
Oxşar xəbərlər
- Putin mühüm fərman imzaladı
- Prezident Fərman imzaladı
- Prezident mühüm Fərman imzaladı
- Prezident İlham Əliyev dövlət vəsaiti hesabına inşa edilmiş evlərlə bağlı fərman imzalayıb
- Bayden Rusiyaya qarşı yeni sanksiyalar barədə fərmanı imzalayıb
- Putin dost olmayan ölkələrə qazın rublla satılması haqqında fərman imzalayıb
- Prezident xarici pasportla bağlı FƏRMAN İMZALADI
- Prezidentdən kirayə mənzillərlə bağlı FƏRMAN - Bu qayda LƏĞV OLUNDU
- Prezident Fərman İmzaladı
- Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb