Ərdoğan Türkiyə-Azərbaycan qardaşlığını şeirlə dilə gətirdi


17:50     14 Oktyabr 2019 erdogandan-lozan-antlasmasi-aciklamasi-630x315.jpg

"Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik".


Femida.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Dünya Türk İş Şurasının toplantısında bildirib.

Türkiyə prezidenti Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən bir bəndi birlik üçün örnək göstərib: “Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir, Eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə”.

Rəcəb Tayyib Ərdoğan Türkmənistanı da ayrı tutmadıqlarını, dilimizin, dinimizin bir olduğunu vuruğulayıb.

Qeyd edək ki, Türkmənistan Şuranın üzvü deyil.

O, İsmayıl Qaspıralının “Dildə, işdə, fikirdə birlik” şüarının həyata keçməsinin tam zamanının çatdığını vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən danışarkən deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Bir millət, iki dövlətin" iki diasporu olmaz”. O iki ölkə diasporunun öhdəsindən gələ bilməyəcəyi məsələnin olmadığını bildirib.

Femida.az

Açar sözlər: #Ərdoğan  

Oxunub: 354