“İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz” - Ərdoğan


18:33     14 Oktyabr 2019 erdogan8.jpg

“Türkiyə və Azərbaycan "bir millət, iki dövlət" prinsipinə əsaslanaraq bütün problemlərin öhdəsindən gələ bilər”.

Femida.az xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Türk Biznes Şurasının görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bəyan edib ki, Türkiyə və Azərbaycan nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız bir o qədər güclü olar: “Türk dünyası nə qədər güclü olarsa, türk diasporu da o qədər güclü olacaq. Ona görə çalışmalarımızı davam etdirməliyik. İş birliyimizi dərinləşdirməyin yollarını axtarmalıyıq. Qardaşım Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz".

Femida.az

Açar sözlər:

Oxunub: 183