Zaqatalada 31 yaşlı kişi göbələkdən zəhərlənib


21:08     14 Oktyabr 2019 zeherlenme.png

Bu gün axşam saatlarında Zaqatala rayonunun Axaxdərə kənd sakini, 1988-ci il təvəllüdlü Elşən İbrahim oğlu Abdullayev zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Yolxucu Xəstəliklər şöbəsinə daxil olub.

Femida.az-ın məlumatına görə, müayinə zamanı E.Abdullayevin yaşadığı kəndin yaxınlığında dağlıq-meşəlik ərazidə göbələk yediyi məlum olub. E. Abdullayev yaşadığı evə qayıtdıqdan bir qədər sonra onda zəhərlənmə əlamətləri büruzə verib.
E.Abdullayevə lazımi tibbi yardım göstərilib, onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 197