Əcnəbi Bakıda qadına qarşı 6 min manatlıq dələduzluq etdi


21:35     14 Oktyabr 2019 2019/10/F32B7CE5-30C4-4DF4-9EE8-DBCF5FE86080_1571074754.jpeg

Bakıda Türkiyə vətəndaşı dələduzluq edib.

Femida.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Məsimova Kəmalə Fərman qızı polisə müraciət edərək bildirib ki, iyul ayında Türkiyə vətəndaşı Dəmir Əbdürrəhman Tur oğlu Nizami rayonu, S.Mirzəyev küçəsi 71 saylı ünvanın qarşısında ondan 6000 manat alıb. Ə.Dəmir qadının etibarından sui-istifadə edərək pulu dələduzluqla ələ keçirərək mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 190