"Azərbaycanın bu haqlı mübarizəsində Azərbaycanı tək buraxmamalıyıq" - Çavuşoğlu


21:44     14 Oktyabr 2019 cavusoglusabrimiz-so-0dc23f43dd70e3830bf1.jpg


Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyənin olmadığı yerdə Azərbaycan Türkiyəni müdafiə edər, Azərbaycanın olmadığı yerdə Türkiyə Azərbaycanı müdafiə edər. Bu, bizim borcumuzdur.

Femida.az bildirir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda "Qlobal medianın inkişaf trendləri: risklər və imkanlar" beynəlxalq media konfransında çıxışı zaman deyib.

Nazir qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda dünya səssizdir, Azərbaycana qarşı ikili standartlar mövcuddur: "Azərbaycanın bu haqlı mübarizəsində Azərbaycanı tək buraxmamalıyıq. Biz birgə çalışmalıyıq".


Femida.az

Açar sözlər:

Oxunub: 211