Türkiyənin Suriyada məhv etdiyi terrorçu sayı 600-ə yaxınlaşdı


09:03     15 Oktyabr 2019 19_10_15_1571115890.jpg


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 595 terroçusu zərərsizləşdirilib.


Femida.az xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Femida.az

Açar sözlər: #Türkiyə   #Barış_pınarı   #Suriya   #terror  

Oxunub: 395