Cinayətkarlar 14 polisi öldürdü - Meksikada


09:07     15 Oktyabr 2019 19_10_15_1571116065.jpg


Meksikanın Miçiogan əyalətində naməlum cinayətkarların hücumu nəticəsində ən azı 14 polis əməkdaşı həlak olub.


Bu barədə bazar ertəsi Meksika ictimai təhlükəsizlik nazirliyi rəsmi "Twitter" səhifəsində açıqlayıb.

"İctimai təhlükəsizlik və vətəndaşların müdafiəsi nazirliyi, Miçioganda 14 polisin öldürülməsi ilə nəticələnən hücumu pisləyir" mesajda qeyd olunur. Ətraflı məlumat verilmir.

Rəsmi məlumatlara görə, bu ilin yanvar-avqust aylarında Meksikada 23,7 min adam cinayətkarların əlindən ölüb, bu da 2018-ci illə müqayisədə 3,5% çoxdur. Minlərlə insanın ölümünə görə məsuliyyət narkotik mafiyasının üzərinə düşür. Sentyabrın əvvəlində prezident Andres Manuel Lopez Obrador cinayətkarlığa qarşı mübarizəni əsas məqsədi olduğunu deyib.

Femida.az

Açar sözlər: #Meksika  

Oxunub: 377