Havanı çirkləndirən metaləritmə sexi cəzalanıb
11:00 15 Oktyabr 2019
Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən “Az Lead” MMC-yə məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib.
Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.
Faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.
Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş”” verilib.
Femida.az
Oxunub: 421
Oxşar xəbərlər
- Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
- Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
- Havanın temperaturu enəcək, qar yağacaq - ETSN
- Havanı çirkləndirən sex sahibi cərimələndi
- Havanı çirkləndirən müəssisələr cəzalandırılıb
- Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
- Havanın qeyri-sabit keçməsinin səbəbi açıqlandı
- Havanın yağmursuz keçəcəyi gözlənilir
- Havanın temperaturu 6-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- Havanın kəskin enməsi hansı xəstəlikləri kəskinləşdirəcək? - Bu insanlar ehtiyatlı olsun