Tural Gəncəliyev: Dağlıq Qarabağın erməni icması ilə danışıqları diqqətdə saxlamalıyıq
11:36 15 Oktyabr 2019
Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışı ilə erməniləri ifşa etdi.
Femida.az-ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib.
T.Gəncəliyev bildirib ki, Prezidentin Ermənistan rəhbərliyinin apardığı səhv siyasəti ifşa etməsi bizim hər birimiz üçün örnək və nümunədir: “Bütün dünyada ermənilərin ifşa edilməsi istiqamətində addımlar atmalıyıq. Ermənistan rəhbərliyi zaman-zaman saxta iddialarla çıxış edərək Ermənistan-Azərbaycan münaqişə tərəfləri ilə yanaşı, Qarabağ ermənilərinin “Artsax” deyilən cinayətkar qurumunun iştirakını 3-cü tərəf kimi qoyur və danışıqlar formatına zərbə vurmaq məqsədilə müxtəlif hərəkətlər edir. Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması olaraq erməni icması ilə danışıqları diqqətdə saxlamalıyıq. Ermənilərin saxta iddiasına onların hansısa münaqişə bağlı təxribat xarakterli bəyanatlarına həmişə cavab verməliyik. Prezidentin söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bizi bir daha əmin edir ki, tez bir zamanda öz torpaqlarımıza qayıdacağıq. Bu bəyanatdan sonra əminik ki, torpaqların işğaldan azad edilməsi və geri qayıtmağımız üçün zəmin hazırlanır. İnformasiya müharibəsinin getdiyi bütün platformalarda aktiv olmalıyıq”.
Femida.az
Oxunub: 618
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"