Hacıbala Abutalıbov söz verdi


17:38     20 May 2015 trend_hacibala_abutalibov_200515.jpg

Bakıda yanan binada problem olmasa, şənbə günündən təmir işlərinə başlanılacaq.


Femida.az-ın məlumatına görə, bunu binanın sakinləri ilə söhbətində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

H.Abutalıbov bildirib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) binanı müayinə edir: "Əgər FHN desə ki, o binanın dayanıqlılığı yüksəkdir və orada işə başlamaq olar, o zaman təmir işlərinə başlaya bilərik. Heç bir problem olmasa, bu həftənin şənbə günündən təmir işlərinə başlayacağıq".

O qeyd edib ki, binanın bütün ailələri ilə ayrı-ayrılıqda görüşlər keçirilib və ailələrin çoxu pulu alıb: "Bina tam təmir olunandan sonra sakinlər evlərinə köçə biləcəklər. Mebeldən tutmuş mətbəx əşyalarına qədər ən yüksək səviyyədə təmin ediləcək. Çox güman ki, bütün təmir işləri iki-üç aya qədər bitəcək".

Açar sözlər:

Oxunub: 554