Müəllim və məktəb direktorlarına xəbərdarlıq edildi
14:09 15 Oktyabr 2019
Fəaliyyəti uğurlu olan məktəblərin təlim-tərbiyəsi nəticəsində güclü intellektə, sağlam təfəkkürə, tərbiyəyə malik gənclər formalaşır. Biz buna sevinirik, amma bununla yanaşı biz müasir dövrün tələblərinə cavab verməyən, keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük.
Femida.az xəbər verir ki, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, problemlərin həlli ilə bağlı məsələlərə köklü yanaşmağın yolları tapılmalıdır:
"Bu mənada direktorların qarşısında çox ciddi çağırışlar dayanır. Ola bilər ki, direktorlar bu il fəaliyyəti daha yaxşı təşkil edib, daha yaxşı nəticələr əldə etsinlər, amma bu problemə sistemli yanaşılmadıqda nəticə səmərəli olmayacaq".
Məktəbəhazırlıq səviyyəsini təhsilin əhəmiyyətli hissəsi sayan nazir müavini qeyd edib ki, hər bir məktəb hazırlıq qruplarına gedən uşaqların onun gələcək məzunu olacağını nəzərə alaraq, 5 yaşlı uşaqla fəaliyyətin səmərəli təşkil olunması barədə düşünməlidir: "Əmin deyilik ki, ümumi və tam orta təhsil səviyyələrində dərs deyən müəllimlər məktəbə hazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşürlər. Onlar sanki bu prosesdən kənarda qalıblar. Halbuki məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir. Bu məsələ bütün kollektivin diqqətinə çatdırılmalıdır".
M.Vəliyeva əlavə edib ki, bu il ölkə üzrə 5 yaşlı uşaqların 84,62 faizi məktəbə hazırlıq təhsilinə cəlb olunub. Bunu kifayət qədər yaxşı göstərici saymaq olar.
Femida.az
Oxunub: 413
Oxşar xəbərlər
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatır
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllim olmaq istəyənlərə şad xəbər - QAYDALAR DƏYİŞDİ
- Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
- Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi başlayır
- Müəllimlərin işə qəbul imtahanında namizədlərə verilən vaxt artırılacaq
- Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb
- Müəllimlərin işə qəbulu imtahanlarına start verilir
- Müəllimlərin işə qəbul imtahanı bərpa olunur
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb