Xidmətdə fərqlənmiş sərhədçilər təltif olundu


14:58     15 Oktyabr 2019 2019/10/photo-1571136566_1571137203.jpg

Dövlət sərhədinin pozulmasının qarşısının alınması zamanı fərqlənmiş sərhədçilər təltif olunub.


Dövlət Sərhəd Xidmətindən (DSX) Femida.az-a verilən məlumata görə, dövlət sərhədinin pozulmasının qarşısının alınması üzrə sərhəd əməliyyatına rəhbərlik etmiş sərhəd zastavasının rəisi “Sərhəddə fərqlənməyə görə” medalı ilə, 4 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif ediliblər.

Medalları DSX-nin rəisi general-polkovnik Elçin Quliyev sərhədçilərə təqdim edib.

Açar sözlər:

Oxunub: 576