Kürdəmir sakinini qatar vurub
14:59 15 Oktyabr 2019
Bu gün saat 10:30 radələrində Sığırlı stansiyasında xəsarətlə nəticələnən hadisə baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Femida.az -a verilən məlumata görə, yük qatarı stansiyanın tək yolunda hərəkət edən zaman 367-ci kilometrlikdə dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub.
“Maşinist dərhal səs siqnalları verərək tormozlama aparıb. Lakin hadisənin qarşısını almaq mümkün olmayıb. Elektrovoz Sığırlı kənd sakini, eşitmə qüsurlu Mirzə Talıb oğlu Şəmiyevi vurub. Xəsarət alan şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır”, - deyə məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 478
Oxşar xəbərlər
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
- Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları məlum olub - SİYAHI
- Kürdəmirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub