Bakıda böyük şirkətin pul dolu seyfi oğurlandı
16:12 15 Oktyabr 2019
Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən OOO UDT-TEXNIKA MMC şirkətinə məxsus içində külli miqdarda pul olan seyf oğurlanıb.
Femida.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Oğurluğun oktyabrın 13-də, saat 05:00-08:00 aralığında törədildiyi iddia edilir. Bu barədə polisə şirkətin sahibi, 1980-ci il təvəllüdlü Elsevən Quliyev məlumat verib. Zərərçəkən ifadəsində naməlum şəxslərin ofisə pəncərədən girdiklərini, içində mindən çox manat və təxminən 25 min dollar olan 50x30 santimetr ölçüsündəki seyfi oğurladıqlarını bildirib.
Oğurluq barədə araşdırma Yasamal RPİ-nin istintaq şöbəsinin əməkdaşları tərəfindən aparılır.
Şübhəlilərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Lakin şirkət işçilərindən də kiminsə oğurluqda iştirak edə biləcəyi istisna edilmir.
Qeyd edək ki, OOO UDT-TEXNIKA MMC şirkəti 2008-ci ildən bəri Cummins məhsullarının rəsmi dileridir. Onlar "Cummins" mühərrikləri, generatorları, "Fleetguard" filtrləri və bu kimi məhsulların satış xidmətini həyata keçirirlər.
Femida.az
Oxunub: 560
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb