İş adamının əməlləri ilə bağlı - Nazirlik araşdırma apardı


16:40     15 Oktyabr 2019 2019/10/88D39F9E-76B2-48B4-81BA-70CD81674F35_1571141250.jpeg

Göyçay rayonu ərazisində süxur qarışığının qanunsuz daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı Ucar-Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə qarışıq süxurun daşınmasının rəsmi icazə və müvafiq sənədləşmə çərçivəsində “Körpü Bina Tikinti” MMC-nin sifarişi əsasında “Azpolt” MMC tərəfindən həyata keçirildiyi məlum olub.

Lakin torpaq daşınması zamanı ekoloji tələblərə əməl olunmadığı, yük avtomobillərinin yük yerinin lazımi toz buraxmayan üzlüklə örtülmədiyi və nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan tozun ətrafa yayıldığı aşkar edilib.

Çatışmazlıqların aradan qaldırılması məqsədilə iş icraçısı “Azpolt” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Qeyd edək ki, ötən gün Göyçay rayonu Qaraməryam kənd sakini Qüdrət Zülfüqarov yerli mətbuatfa şikayət məktubu yayımlanmışdı. Vətəndaş "Azpolt” MMC-nim sahibi tərəfindən qanunsuz əməlləri nəticəsində ona dəymiş ziyan ödənilməsini tələb edirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 189