Azərbaycanlı gənclər Tbilisidə Türkiyəyə dəstək aksiyası keçirib


17:04     15 Oktyabr 2019 2019/10/434300d2-668a-4ef6-869a-857f69c5a654_4713431547.jpg


Azərbaycanlı gənclər Tbilisidə Türkiyənin Gürcüstandakı səfirliyinin binası qarşısında dəstək aksiyası keçirirlər.


Bir qrup gəncin qatıldığı aksiyada Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına dəstək ifadə olunur.



Əllərində Türkiyə, Azərbaycan və Gürcüstanın bayraqları olan aksiya iştirakçıları “Bir millət - iki dövlət”, "Türk türkə dayaqdır!", "Türk əsgəri, daima səninləyik!" və digər şüarlar səsləndirirlər.

Gənclər türk əsgər salamı verərək Türkiyə hərbçilərinə dəstək olduqlarını bildiriblər.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan aksiya iştirakçıları ilə görüşərək dəstəyə görə onlara minnətdarlığını bildirib. O dəstəkdən qürurlandığını deyib.



Diplomat Türkiyə, Azərbaycan və Gürcüstanın hər zaman bir yerdə olduğunu söyləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 459