Bu ərazidə qaz kəsildi


16:59     15 Oktyabr 2019 qaz7.jpg

Tərtər rayonunun Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb.

Femida.az xəbər verir ki, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər. Hadisə zamanı kəmərdə qaz sızması baş verib.

Hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.

Açar sözlər:

Oxunub: 388