Zabitlərin peşəkarlıq səviyyəsi yoxlanılıb


18:16     15 Oktyabr 2019 2019/10/6bcff-1571147266_1571149035.jpg

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda komandirlərin ideoloji iş və mənəvi-psixoloji təminat, şəxsi heyətlə iş üzrə müavinlər və psixoloqların toplantısı keçirilib.



Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, toplantıda zabitlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədləri bilmələri üzrə testlər, fiziki hazırlıqdan məqbullar qəbul edilib, eləcə də döyüş və gündəlik fəaliyyətdə mənəvi-psixoloji təminatın təşkili və aparılmasına dair təlim-metodiki məşğələlər keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 179


Oxşar xəbərlər