Suriyada Türkiyə ordusunun 2 əsgəri şəhid olub


18:47     15 Oktyabr 2019 bingol-de-askeri-araca-bombali-tuzak-3-sehit-6-7600839_x_9772_o.jpg

Suriyanın Menbic bölgəsindən terrorçular tərəfindən Türkiyə Silahlı Qüvvələrinin mövqeləri minaatanlardan və top mərmilərindən atəşə tutulub.


Femida.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, nəticədə Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 8 əsgər yaralanıb.

Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, terrorçulara dərhal qarşılıq verilib, ən azı 15 terrorçu zərərsizləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 445