Azərbaycanda qohumların mülk davası - Qadını xəstəxanalıq etdilər


20:42     15 Oktyabr 2019 19_10_15_1571156980.jpg

Lənkəran rayonunda mülk davası olub.

Hadisə səhər saatlarında rayonun Separadi kəndində qeydə alınıb.

Kənd sakini, 42 yaşlı Fərzəliyeva Həlimə Aslan qızı qohumu Məmmədov Fərman Cənnətəli oğlu tərəfindən mülk üstündə döyülüb. Yaralanan H.Fərzəliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 448