Bakıda qırılan ağac budaqları 3 nəfərin üstünə düşərək xəsarət yetirib


20:58     15 Oktyabr 2019 19_10_15_1571157134.jpg

Bakının Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının üstünə tökülüb.

APA xəbər verir ki, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları 1 saylı Xəstəxanaya çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

Açar sözlər:

Oxunub: 331