Arvadını boğaraq öldürən şəxsin məhkəməsi başlayır


21:12     15 Oktyabr 2019 19_10_15_1571157250.jpg

Balakəndə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Nəcəfəli Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az -ın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il rayonun Mahamalar kəndində qeydə alınıb. Kənd sakini, 66 yaşlı Nəcəfəli Xəlilov həyat yoldaşı 59 yaşlı Şahnaz Xəlilovanı boğaraq öldürüb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

N. Xəlilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 542