Azərbaycan yığması San-Marinoya qalıb gəlib


21:22     15 Oktyabr 2019 19_10_15_1571157418.jpg

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Femida.az -ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma oyunları Çexiyada keçirilən 7-ci qrupda son matçına çıxıb.

Milli bu gün San-Marino ilə qarşılaşıb. Norveçə 0:1, Çexiyaya 0:4 hesabı ilə uduzduqdan sonra növbəti mərhələ şansını itirən komanda üçün bu görüş formal xarakter daşıyıb.

Futbolçularımız “Cırtdan ölkə” təmsilçisini 2:0 hesabı ilə məğlub ediblər. Yığmanın heyətində Rüfət Abdullazadə və Tural Bayramov fərqləniblər. Bu qələbə sayəsində yığma qrupda 3-cü olub.

Açar sözlər:

Oxunub: 752