Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəliklər
09:20 16 Oktyabr 2019
Azərbaycanda keçən il hamiləliyi başa çatmış qadınların təxminən hər dördündən biri anemiyadan (qan azlığından) əziyyət çəkib.
Femida.az-ın Trend-ə istinadən məlumatına görə, anemiya Azərbaycanda doğuşu ağırlaşdıran və hamiləliyi başa çatan qadınlarda rast gəlinən ən əsas xəstəlikdir.
Ötən il 20 527 (2017-ci ildə 22 435) qadında anemiya doğuşu ağırlaşdıran əsas xəstəlik olub. Bu xəstəlik ondan əvvəlki illərdə də doğuşu ağırlaşdıran xəstəliklər sırasında ilk yeri tutub.
Anemiya həm də hamiləliyi başa çatan qadınlarda ən çox rast gəlinən xəstəlikdir. Ötən il 26 851(2017-ci ildə 27 397) hamiləliyi başa çatan qadında anemiya olub.
Azərbaycanda doğuşu ağırlaşdıran xəstəliklər arasında ikinci yeri tutan proteinuriya, ödemlər və hipertenziv hallarına ötən il 4 769 (2017-ci ildə 6 567) qadında rast gəlinib.
Qadınların 1 353-nün (2017-ci ildə 2 679) doğuşunun ağırlaşmasına ciftin ayrılması ilə əlaqədar olan qanaxmalar, 1 437-nə (2017-ci ildə 2 263) venoz fəsadları xəstəlikləri səbəb olub.
Bununla yanaşı, ötən il Azərbaycanda 444 (2017-ci ildə 703) qadının doğuşunun ağırlaşmasına qan dövranı sisteminin xəstəlikləri, 304-nün (2017-ci ildə198) doğuşunun ağırlaşmasına şəkərli diabet səbəb olub.
Ötən il Azərbaycanda tibb müəssisələrində 113 522 (2017-ci ildə 130 830) qadının hamiləliyi başa çatıb ki, onların 105 688-nin (2017-ci ildə 123 078) doğuşu vaxtında, 3 809-nun (2017-ci ildə 4714) doğuşu isə vaxtından əvvəl (28-36 həftə) olub.
Qeyd edək ki, ötən il Azərbaycanda 17 ana ölümü (hamilәlik, doğuş vә zahılıq dövründә) baş verib.
Məlumat üçün əlavə edək ki, anemiya qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Buna görə də dəmirlə zəngin qidaların qəbul edilməsi olduqca vacibdir.
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
- DİQQƏT! "Meymun çiçəyi" virusu bu yolla yayılır - Səhiyyə Nazirliyi açıqlama yaydı
- Səhiyyə naziri: “Pandemiyanın sona çatdığı elan oluna bilər”
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib