Pens Ərdoğanla görüşmək üçün Ankaraya getdi


09:29     16 Oktyabr 2019 19_10_16_1571203849.jpg


ABŞ vitse-prezidenti Mayk Pens bu gün Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya yola düşür.


Femida.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Bildirilir ki, 17 oktyabrda ABŞ vitse-prezidenti Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə ikitərəfli görüşdə iştirak edəcək:

"Görüşdə vitse-prezident Pens, Prezident (ABŞ-ın Donald) Trampın (Suriyada) nizamlanma əldə edilənə qədər Türkiyəyə qarşı sərt iqtisadi sanksiyalarını qüvvədə saxlamasına sadiqliyini təsdiqləyəcəkdir".

Nümayəndə həyətində ABŞ dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik müşaviri Robert O'Brayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin də olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 370